Haqqımızda




Brendimiz haqqında
BayGroup şirkəti olaraq Azərbaycanda orijinallığa və keyfiyyətə önəm verən müştərilər üçün dünyaca tanınmış, seçilmiş markaları təqdim edirik. Şirkəmiz Fossil, Emporio Armani, Michael Kors, Armani Exchange, Diesel, Lacoste, Tommy Hilfiger, Calvin Klein, Anne Klein, DKNY, Swiss Military Hanova və digər markaların Azərbaycanda rəsmi distributorudur. Bay Group şirkəti qol saatlarının Azərbaycanda pərakəndə, korporativ və topdan satışını həyata keçirir. Bizim təqdim etdiyimiz hər bir saat sadəcə bir aksessuar deyil, həyat tərzinizi tamamlayan dəyərli bir seçimdir.
Missiyamız
Məqsədimiz — müştərilərimizə sadəcə bir saat deyil, zamanı dəyərə çevirən bir həyat tərzi təqdim etməkdir. Biz, hər kəsin şəxsi tərzinə və ehtiyacına uyğun saat tapa bilməsi üçün çalışırıq.

Dəyərlərimiz
Orijinallıq və zəmanət: Bütün təqdim etdiyimiz məhsullar orijinaldır və beynəlxalq zəmanət təqdim edilir.
Müştəri məmnuniyyəti: Hər bir müştərimiz bizim üçün dəyərlidir. Satış prosesinin hər mərhələsində fərdi yanaşma və etibarlı dəstək ilə hər zaman sizinləyik.
Peşəkar xidmət: Komandamız məhsul seçimi, qulluq və texniki dəstək mərhələlərində sizə tam peşəkarlıqla xidmət göstərir.
Məhsul çeşidimiz
Greenwich saat mağazaları şəbəkəsində hər zövqə və həyat tərzinə uyğun qadın və kişi modelləri mövcuddur:
Klassik və müasir dizaynlar
Avtomatik və kvars mexanizmlər
Suya davamlı modellər
Lüks və gündəlik istifadə üçün fərqli üslublar
Haradayıq?
Greenwich saat mağazaları şəbəkəsi olaraq təqdim etdiyimiz brendlərin saatlarını Azərbaycanın aparıcı ticarət mərkəzlərində, həmçinin rəsmi onlayn saytımızdan əldə edə bilərsiniz. Onlayn sifarişlə ölkənin istənilən bölgəsinə sürətli və təhlükəsiz çatdırılma həyata keçiririk.